• şənbə, 27 Aprel, 02:46
  • Baku Bakı 14°C

Karasin: "Rusiya Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyinə namizədliyini tam dəstəkləyir"

27.05.17 09:20 738
Karasin: "Rusiya Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyinə namizədliyini tam dəstəkləyir"
"Rusiya Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyinə namizədliyini tam dəstəkləyir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda çıxışında bildirib.
"Rusiya və Azərbaycan bütün beynəlxalq arenalarda,BMT,MDB, Şanxay Əməkdaşlıq Təşkilatı,ATƏT, Xəzər beşliyi və digər təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Əlbəttə ki, bu ilin yazında dostumuz Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyi vəzifəsinə namizədliyi uğrunda seçki kampaniyasına Rusiyanın tam dəstəyi ilə başlanıldı. Biz, Polad Bülbüloğluna səmimi qəlbdən uğurlar arzu edirik".
banner

Oxşar Xəbərlər