• cümə, 29 Mart, 18:29
  • Baku Bakı 14°C

Karantin qaydalarını pozduğu deyilən hotellə bağlı polisdən açıqlama

06.07.20 14:45 919
Karantin qaydalarını pozduğu deyilən hotellə bağlı polisdən açıqlama
Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində "Aysberq” otelinin xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərməsi barədə sosial şəbəkələrdə yayılan görüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.
İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, Səbail RPİ əməkdaşları tərəfindın qeyd olunan otelə baxış keçilib, qadağan olunan xidmət sahələri – idman, hovuz, restoranın fəaliyyət göstərmədiyi məlum olub. Həmin fotoşəkil 2017-ci ildə çəkilib.
banner

Oxşar Xəbərlər