• cümə, 29 Mart, 09:28
  • Baku Bakı 5°C

Karantin qaydalarını pozan kafenin icarədarı cərimələnib

27.02.21 15:30 506
Karantin qaydalarını pozan kafenin icarədarı cərimələnib
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fevralın 27-də gecə saatlarında rayonun Məmmədabad kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundanKaspi.az-a verilən məlumata görə, fevralın 27-də karantin normalarını pozaraq fəaliyyətini davam etdirən iaşə obyekti müəyyən edilib. Obyektin icarədarı E. Ağayev və işçisi F. Bayramlı karantin qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək cərimə olunublar.
banner

Oxşar Xəbərlər