• cümə, 26 Aprel, 19:24
  • Baku Bakı 22°C

Karantin qaydalarını pozan daha 1049 sürücü məsuliyyətə cəlb olundu

04.05.20 10:52 726
Karantin qaydalarını pozan daha 1049 sürücü məsuliyyətə cəlb olundu
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 03.05.2020-ci il saat 00:00-dan 04.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
banner

Oxşar Xəbərlər