• cümə, 29 Mart, 18:37
  • Baku Bakı 14°C

“Kanton” idxal-ixrac sərgisi nəzərdə tutulan vaxtda keçirilməyəcək

24.03.20 10:30 1129
“Kanton” idxal-ixrac sərgisi nəzərdə tutulan vaxtda keçirilməyəcək
Dünyanın ən böyük ticarət sərgilərindən olan Çin idxal və ixrac sərgisinin aprelin 15-də açılması nəzərdə tutulan yaz sessiyası başqa vaxt keçiriləcək.
AZƏRTACxəbər verir ki, başqa adla "Kanton" sərgisi adlanan tədbirin vaxtının dəyişdirilməsi ilə bağlı qərarı Quandun vilayətinin kommersiya bürosunun sədr müavini Ma Xua açıqlayıb. O, dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası, xüsusən də son günlər xaricdən Çinə gələnlər arasında bu infeksiyaya yoluxmuş şəxslərin aşkarlanması ilə əlaqədar bu cür qərarın qəbul edildiyini deyib. Vilayət hökuməti pandemiya ilə bağlı vəziyyəti nəzarətdə saxlayaraq, müvafiq qurumlarla məsləhətləşmələrdən sonra sərginin yeni vaxtını müəyyən edəcək.
Qeyd edək ki, "Kanton" sərgisi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə Çində ən böyük analoji tədbir hesab edilir. Çinin xarici ticarətində böyük yeri olan Quancou şəhərində 1957-ci ildən bəri ildə 2 dəfə - yaz və payızda keçirilən sərgi Çinin xarici ticarətinin barometri hesab olunur. Sərginin ötən ilin payızında keçirilmiş sonuncu (126-cı) buraxılışına təxminən 200 ölkədən 186 min alıcı qatılmışdı. Həmin sərgidə 29,1 milyard ABŞ dolları dəyərində ixrac sövdələşməsi əldə olunmuşdu.
banner

Oxşar Xəbərlər