Kann kinofestivalının keçirilmə vaxtı dəyişdirilir
Fransada koronavirusun yayılması səbəbindən Kann kinofestivalı may ayında keçirilməyəcək.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat yayıb. Hazırda festivalın iyunun sonunda – iyulun əvvəlində keçirilməsinə dair müzakirə aparılır.