• çərşənbə axşamı, 19 mart, 14:39
  • Baku Bakı 8°C

“Kann Film Festivalında qırmızı xalçada yerimək xəyalımdır” – Uğur hekayəsi

21.04.17 10:30 2614
“Kann Film Festivalında qırmızı xalçada yerimək xəyalımdır” – Uğur hekayəsi

İşinə məsuliyyətli yanaşmağı, problemləri böyütməyi deyil, qısa zamanda anlayıb həll etməyi xoşlayır. Deyir ki, insan işini sevərək gördükdə, mütləq şəkildə bunun qarşılığını alır. Müsahibimiz "Sez Yapım” şirkətinin rəhbəri, "SoBigg” şirkətinin həmtəsisçisi Sezen İsmailbəyli Yılmazdır.
Qeyd edək ki, Sezen əslən azərbaycanlıdır, 9 yaşından Türkiyədə yaşayır. Türk iş adamıyla ailə qurub, hazırda da qardaş ölkədə yaşayır.

- Hələ tələbəykən Başkənt Universitetinin Radio-televiziya jurnalistikası üzrə oxuyanda bir neçə filminiz müsabiqələrin qalibi olub. Deyəsən, müsabiqələrə qatılmağı, yarışmanı sevirsiniz...

- İxtisasımı sevərək oxudum və bu sahədə özümü hər zaman inkişaf etdirməyə çalışıram. Düşünürəm ki, insan işini sevərək gördükdə, mütləq şəkildə bunun qarşılığını alır. Bu səbəblə çəkdiyim qısametrajlı və sənədli filmlərin dəyərləndirilməsi xoşuma gəlir. Həm də yarışmalarda iştirak etmək işimizin bir parçasıdır.

- Hələ qızınız Xanım Ada 1 yaşındaykən səyahətlərə çıxmısınız. Bu yaşda uşaqla dünyanı gəzməyin çətinlikləri nələrdir?
- Uşaq 3 aylıq olanda həkiminə körpəmizlə birlikdə səyahətə çıxa bilərikmi deyə sual etdik. O da "əlbəttə, siz gəzməyi sevirsiniz, uşağınız da sevəcək” dedi. 3 aylıq olanda ilk səyahətimiz başladı. İlk dəfə onunla Türkiyədə məşhur olan dağa – Kartalkayaya getdik. İlk dəfə xaricə isə 6 ayı olanda səfər etdik. İlk xarici səfərimiz İtaliyaya oldu. Doğrusu, heç bir çətinlik yaşamadım. Biz uşağa ayaq uydurmadıq, onu öz həyatımıza alışdırdıq. Həkiminin dediyi kimi, o da bizim kimi gəzməyi, görməyi çox sevdi.

- Son olaraq, ənənəvi sualımızı da verək. Uğurunuzun sirri nədədir?

- Məncə, ən önəmli olan insanın sevdiyi işlə məşğul olmasıdır. Sevdiyin işlə məşğulsansa, bir gün uğur qazanman qaçılmazdır. Bundan başqa, işimə məsuliyyətli yanaşmağı və problemləri böyütməyi deyil, qısa zamanda anlayıb həll etməyi xoşlayıram.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər