• cümə axşamı, 28 mart, 20:18
  • Baku Bakı 13°C

Kanat Bozumbayev: AES-in tikintisində ictimai rəy nəzərə alınacaq

09.04.19 12:15 501
Kanat Bozumbayev: AES-in tikintisində ictimai rəy nəzərə alınacaq
Qazaxıstanın energetika naziri Kanat Bozumbayev ölkəsində AES-in tikintisi ilə bağlı məsələyə münasibət bildirib.
AZƏRTACxəbər verir ki, Kanat Bozumbayev Qazaxıstanda AES-in tikintisində nazirliyin ictimai rəyi nəzərə alacağını deyib.
"Cəmiyyətin bu məsələ ilə bağlı kəskin münasibətini anlayırıq. Semipalatinsk nüvə poliqonu xoşagəlməz xatirələrin nəticəsidir. Hər hansı qərar qəbul edilərsə, ictimai rəy nəzərə alınacaq, yerli icra orqanları ilə məsləhətləşmələr aparılacaq. Rusiya tərəfi təklif verib və biz cəmiyyətimizə məlumat verəcəyik, bu məsələ hökumət rəhbərliyi və dövlət başçısının nəzarətində olacaq", deyə - Kanat Bozumbayev deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı Moskva və Nur-Sultan şəhərləri arasında enerji sahəsində əməkdaşlığı genişləndirməyi və Qazaxıstanda Rusiya texnologiyaları əsasında AES-in tikilməsini təklif etmişdi.
banner

Oxşar Xəbərlər