• cümə, 19 Aprel, 20:23
  • Baku Bakı 24°C

Kanalizasiya qapağı oğurları tutulub

27.02.19 11:15 570
Kanalizasiya qapağı oğurları tutulub
Abşeron rayonunda kanalizasiya qapaqlarının oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.
"Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Abşeron Rayon Polis İdarəsinə Qobu qəsəbəsində kanalizasiya quyularının qapaqlarının oğurlanması barədə məlumat daxil olub.
Əraziyə baxış keçirilib və hadisənin baş verdiyi anın videogörüntüləri orta çıxıb. Məlum olub ki, oğurluq iki şəxs tərəfindən kirayə götürülən "99-XT-122" dövlət qeydiyyat nişanlı "Hundai Elantra" markalı avtomobil ilə edilib. Onlar ara küçələrlə hərəkət edərək 7 ədəddən çox kanalizasiya quyularının qapaqlarını çıxardaraq avtomobilin yük yerinə qoyublar. Polis əməkdaşları görüntülərə əsasən, həmin iki nəfərin şəxsiyyətini müəyyən edərək, onları yaxalamağa müvəffəq olub. BunlarZülfəli Yusifovvə əvvəllər məhkum olunmuşRıza Soltanovdur. Saxlanılan şəxslər tutduqları əməldən peşman olduqlarını bildiriblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Gəncədə kirayə qaldıqları evdən oğurluq edən şəxssaxlanılıb.
banner

Oxşar Xəbərlər