• cümə, 19 Aprel, 03:12
  • Baku Bakı 18°C

Kanadanın baş nazirinin xanımı koronavirusdan sağaldı

29.03.20 14:00 862
Kanadanın baş nazirinin xanımı koronavirusdan sağaldı
Kanadanın baş naziriCastin Tryudonun həyat yoldaşıSofi Qrequar Tryudonun koronavirusdan müalicəsi müsbət nəticələnib.
"Report” xəbər verir ki, bu barədə baş nazirin xanımı "Facebook”dakı səhifəsində yazıb.
"Mən sizinlə xəbərlər bölüşmək istərdim: özümü daha yaxşı hiss edirəm, həkimimdən və Ottavanın Səhiyyə Departamentindən tibbi müayinənin müsbət nəticəsini aldım", - deyə o, "Facebook”da yazıb.
Sofi Qrequar Tryudohamıya ən sürətli sağalma arzularına görə təşəkkür edib və hazırda koronavirusdan müalicə olunanlara dəstək verib.
Qeyd edək ki, baş nazirin xanımında iki həftə əvvəl koronavirusun əlamətləri aşkarlanıb. Castin Tryudo onda xəstəlik əlamətlərinin olmamasına baxmayaraq, özünü təcrid etmə rejiminə keçməyə və evdən işləməyə qərar verib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı570min nəfəri ötüb. Xəstəlikdən ölənlərin sayı26,5minə çatıb.
Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
banner

Oxşar Xəbərlər