• çərşənbə, 24 Aprel, 12:48
  • Baku Bakı 27°C

Kanadalılar Monreal Beynəlxalq Turizm və Səyahət Sərgisində Azərbaycan pavilyonunu maraqla izləyiblər

25.10.16 10:02 1023
Kanadalılar Monreal Beynəlxalq Turizm və Səyahət Sərgisində Azərbaycan pavilyonunu maraqla izləyiblər
Azərbaycan Respublikasının Kanadadakı səfirliyi Kvebek Azərbaycanlıları Assosiasiyasının dəstəyi ilə Monreal Beynəlxalq Turizm və Səyahət Sərgisində Azərbaycan pavilyonu təşkil edib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Monreal Beynəlxalq Turizm və Səyahət Sərgisi Kanadada bu sahədə keçirilən ən böyük tədbirlərdən biridir və hər il 33 minə yaxın insan bu sərgidə iştirak edir. Bu baxımdan sərgidə Azərbaycanın iştirakı ölkəmizin Kanada ictimaiyyətinə tanıdılmasında müstəsna əhəmiyyət daşıyıb.
Sərgi çərçivəsində Monreal şəhərinin qonaqları Azərbaycanın turizm imkanları barədə ətraflı məlumatlandırılıb, onlara ölkəmizin tarixi, təbiəti, mətbəxi, arxitektura abidələri və s. barədə təşviqat xarakterli materiallar paylanılıb.
Qeyd edək ki, sərgiyə gələn kanadalılar Azərbaycana böyük maraq göstəriblər. Ümumilikdə ölkəmizlə bağlı 1000-ə yaxın təşviqat materialı sərgi iştirakçıları arasında yayılıb.
banner

Oxşar Xəbərlər