• şənbə, 20 Aprel, 01:09
  • Baku Bakı 15°C

Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb

14.12.17 09:20 2278
Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb
Kanadada "West Wind Aviation” şirkətinə məxsus ATR-42 təyyarəsi qəzaya uğrayıb.
APA-nın məlumatına görə, bu barədə "CBC” telekanalı xəbər verib.
Hadisə Fond-dü-Lak yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.
İlkin məlumata əsasən, təyyarəhavaya qalxarkən qəzaya uğrayıb. Qəza nəticəsində yaralananların olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur.
Qəzanın səbəbləri araşdırılır.
banner

Oxşar Xəbərlər