• cümə axşamı, 18 aprel, 15:27
  • Baku Bakı 22°C

Kanadada Respublika Günü münasibətilə tədbir keçirilib

27.05.15 18:26 1176
Kanadada Respublika Günü münasibətilə tədbir keçirilib
2015-ci il may ayının 24-də Kanadanın Ontario əyalətinin Toronto şəhərində yaşayan Azərbaycan icması 28 May Respublika Günü münasibətilə bayraq ucaltma tədbiri keçirib. Tədbir Toronto şəhər bələdiyyəsinin qarşısında yerləşən Nathans Philips Meydanında baş tutub.
Tədbirə toplaşanlar əvvəlcə mayın 19-da Bakı şəhərində baş vermiş yanğın nəticəsində həlak olanlarıın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Yanğında həlak olanların ailələrinə başsağlığı verilib. Sonra tədbir iştirakçıları Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tarixindən, Cümhuriyyətin yaradıcılarının – M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski və N.Yusifbəylinin xidmətlərindən danışıblar. Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi çətin sınaqlar barədə tədbir iştirakçılarına məlumat çatdırılıb. Sonra Azərbaycan Xalq Cumhuriyyətinin və onun hüquqi varisi olan Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb, Azərbaycanın və Kanadanın himnləri səsləndirilib.
Azərbaycan Respublikasının Kanadadakı səfirliyi, Türk cəmiyyətinin Kanadadakı rəhbəri Cenk Sayın, Toronto seçkili orqanı olan Toronto Məktəblər Şurasının üzvü Ken Lister tədbir iştirakçılarına öz təbriklərini çatdırıb və icmaya fəaliyyətində uğurlar arzulayıblar. Tədbir Azərbaycanın görkəmli bəstəkarlarının musiqi kompozisiyalarının müşayiətilə keçirilib və sonda xatirə şəkli çəkdirilib.

banner

Oxşar Xəbərlər