• cümə axşamı, 28 mart, 20:00
  • Baku Bakı 13°C

Kanada Ukrayna və Çinə diqqətini artırır

19.04.21 16:45 1311
Kanada Ukrayna və Çinə diqqətini artırır
"Ukrayna-Rusiya arasındakı gərginlik ABŞ və Avropa ölkələri kimi Kanadanı da narahat edir. Bunun səbəblərindən biri budur ki, dünyada ən çoxsaylı ukraynalı dsiapor məhz Kanadadır. Ukraynalılar müxtəlif illərdə Kanadaya köçüblər. Həmin ukraynalılar Kanadada siyasi və iqtisadi proseslərə təsir etmək iqtidarındadır. Ona görə də Kanada Ukrayna ətrafındakı prosesləri diqqətlə izləyir. Kanadanın baş naziri Castin Trüdo bugünlərdə Almaniyanın kansleri Angella Merkellə telefonla danışaraq Rusiya ilə Ukrayna arasındakı gərginliyi müzakirə edib. Hər iki tərəf vəziyyətdən narahat olduqaqlarını bildiriblər. Telefon danışığından sonra yayılan açıqlamada bu cümlələr yer alıb: "Kanadanın və Almaniyanın liderləri Rusiyanın Krımdakı və Ukrayna ilə sərhəddəki fəaliyyətindən narahatdır. Kanada və Ukrayna bir daha Ukraynanın ərazi bütövlüyünə, təhlükəsizliyinə və suverenliyinə dəstək verdiklərini ifadə ediblər”. Kanadanın baş naziri Almaniyanın kansleri ilə başqa bir mövzunu da geniş müzakirə edib. Hər iki lider Çinin siyasəti ətrafında fikir mübadiləsi aparıblar”.
Kaspi.az xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Kanadanın Çinin siyasətindən narazı qalması üçün əsası var:"Çində Kanadanın iki vətəndaşı həbs olunub. Hər ikisi casusluqda ittiham edilir. Həbs olunanlardan biri keçmiş diplomat, digəri iş adamıdır. Kanada iddia edir ki, hər iki vətəndaşı saxta ittihamlarla həbs olunub. Bu məsələdə Almaniya Kanadaya dəstək verir. Almaniya kansleri telefon danışığında kanadalı həmkarıyla həmrəylik nümayiş etdirib. Bəs, Çin Kanadanın iki vətəndaşını niyə həbs edib? Kanadanın müvafiq strukturları 2018-ci ildə ABŞ-ın istəyi ilə "Huawei” şirkətini idarə edənlərdən birini həbs etmişdi. Pekin bu həbsə etiraz etmişdi. Görünür, bundan sonra Çin Kanadadan qisas qalmaq məqsədilə ölkədəki iki Kanada vətəndaşını həbs etməyə qərar verdi. Pekin Kanadanın uyğur məsələsinə artan diqqətindən də narahatdır. Amerika kimi Kanada da hesab edir ki, Çindəki uyğurlara işgəncə verilir, onlar təqib olunurlar və zorla "əmək düşərgələrində” saxlanılırlar”.
banner

Oxşar Xəbərlər