AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kanada hərbçilərinin bir hissəsini Ukrayna və İraqdan çıxarır

Kanada hərbçilərinin bir hissəsini Ukrayna və İraqdan çıxarır

Təfsilat
03 Aprel 2020, 12:00 293
Kanadanın Milli Müdafiə Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar İraq və Ukraynada müxtəlif missiyalara cəlb edilmiş hərbçilərinin bir hissəsini bu ölkələrdən çıxarmaq barədə qərar qəbul edib.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "CBC" telekanalı məlumat yayıb.
Məlumata əsasən, Ukraynadakı missiyaya cəlb edilən 200 nəfər hərbi təlimatçıdan ibarət qrupun çox hissəsi ölkəyə qaytarılacaq.
Bildirilir ki, İraqdakı missiyaya cəlb edilən hərbi təlimatçılar isə Kanadanın Küveytdə yerləşən aviabazasına köçürüləcəklər.
Müdafiə Nazirliyinin yüksək vəzifəli məmuru telekanala bildirib ki, bu addımlar koronavirus pandemiyası səbəbindən atılır.
Ukrayna və İraqı tərk edəcək hərbi təlimatçıların sayı barədə məlumat verilmir.