• cümə, 29 Mart, 13:52
  • Baku Bakı 14°C

Kanada 45 il əvvəlki hərəkətə görə üzr istədi

15.09.17 12:30 1375
Kanada 45 il əvvəlki hərəkətə görə üzr istədi
Kanadanın xokkey yığması 45 il əvvəl SSRİ yığması ilə keçirilən superseriyada yol verdikləri hərəkətə görə üzr istəyib.
Kaspi.az xəbər verir ki, 1972-ci ildə Kanadada keçirilən ilk oyundan sonra yerli xokkeyçilər SSRİ yığmasının üzvlərinin əlini sıxmaqdan imtina etmişdilər. Sentyabrın 14-də Moskvanın xokkey muzeyində superseriyanın 45 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib.
Mərasimdə Kanada nümayəndələri də iştirak ediblər. Nümayəndənin rəhbəri, superseriyanın iştirakçısı olmuş Pet Steplton mərasimdə çıxış edərək 45 il əvvəlki hərəkətlərinə görə üzr istədiklərini bildirib:
"Bu gün bütün Kanada yığmasının adından SSRİ yığmasından üzr istəyirəm. Həmin vaxt etdiyimiz hərəkət qəbuledilməz hörmətsizlik idi”.
8 oyundan ibarət olan superseriyanın 4 qarşılaşması Kanadada, 4 qarşılaşması isə SSRİ-də keçirilmişdi. Kanada yığması 4, SSRİ yığması isə 3 oyunda qalib gəlmişdi. Bir qarşılaşma isə heç-heçə başa çatmışdı.
banner

Oxşar Xəbərlər