AZE | RUS | ENG |


Kamyunun əsərlərini niyə oxumalısınız?!

Kamyunun əsərlərini niyə oxumalısınız?!
Bitirdiyiniz kitabı yenidən oxutduran yazar azdır. Absurdizmin yaradıcılarından olmuş, ömrünü varlıq və fərdin məna axtarışları kimi fəlsəfi suallara cavab tapmağa sərf etmiş Nobelin bəxtsiz mükafatçısı Albert Kamyu özünü əsla hansısa bir cərəyanın banisi və ya nümayəndəsi kimi görməyib. Nobelin ən gənc qalibi olan Kamyu şübhəsiz dərin bədii gücə sahib qələm ustası idi. Eyni zamanda Kamyunun geniş qiraət xəzinəsi də var. Hər zaman gənc yazarlara və kitabsevərlərə məsləhət verərkən "Oxuyun”-la başlayan yazar haqqında "goodreads”-də dərc olunmuş məqalədə Albert Kamyu oxumağın vacibliyini göstərən səbəblər bölüşülüb.

· Kamyunun bədii irsinin XX əsrin dörd tərəfdən bizi ağuşuna almış mənasızlığını və buna etirazı qələmə alması bütün oxucuları özündə birləşdirir.
· Kamyunun gələcək haqqında müddəalarını və insana itirdiyi dəyərləri geri qaytarmaq cəhdlərini anlamaq üçün.
· Bədii dilinin sadəliyi və dərinliyi ilə həqiqətin üstündə qurulmuş xəyalın ustası olduğu üçün.
· Bəşəriyyətin mövcudluq, yenidən doğulma sancılarını mükəmməl şəkildə təsvir etdiyi üçün.
· Fərdin asosiallaşmasını, yalnızlığını qüsursuz və cəlbedici kimi təqdim etdiyi üçün.
· Albert Kamyu yaratdığı üsyankar, ittiham edən, sorğulayan obrazlarının insanlara beynindəki suallara cavab tapmaqda yardımçı olduğu üçün.
· Əsərlərində fəlsəfə və psixoloji məsələləri köklü şəkildə aydınlaşdırdığı və bunu ən təsirli üsulla icra etdiyi üçün.
· Hər biri kitabı bitən kimi oxucuya ilk səhifəni yenidən açdırdığı üçün.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003