• cümə axşamı, 18 aprel, 07:16
  • Baku Bakı 12°C

Kamran Şahsuvarlı: "Türkiyəli rəqibimə də qalib gələcəm"

13.05.17 16:07 1093
Kamran Şahsuvarlı: "Türkiyəli rəqibimə də qalib gələcəm"
"Hiss etdim ki, rəqib fiziki cəhətdən məndən güclüdü. Birinci döyüşüm olduğu üçün nəfəs almaqla bağlı bir az problemlə üzləşdim". Bu sözləri apasport.az saytına açıqlamasında boks millimizin üzvü Kamran Şahsuvarlı deyib.
IV İslam Həmrəyliyi Oyunlarında 75 kq çəki dərəcəsində bu gün ilk döyüşünü keçirən Şahsuvarlı Qayana təmsilçisi Desmond Amsterdama 5:0 hesabı ilə qalib gəlib. İdmançımız 1/4 finalda türkiyəli İhsan Ərdoğanla üz-üzə gələcək.
Növbəti görüşü barədə də fikirlərini bildirən Rio-2016-nın bürünc mükafatçısı rəqibini tanımadığını deyib. Bununla belə, o, rinqə qələbə üçün çıxacağını və İslamiadada məqsədinin qızıl medal qazanmaq olduğunu vurğulayıb: "Növbəti rəqibim Türkiyə təmsilçisi olacaq. Onu tanımıram, yeni heç vaxt qarşılaşmamışıq. Ancaq mən özümə inanıram. Əminəm ki, türkiyəli rəqibimə də qalib gələcəm. Mən bu yarışda özümdən qızıl medal gözləyirəm”.
Qeyd edək ki, Kamran Şahsuvarlının İhsan Ərdoğanla görüşü mayın 16-da keçiriləcək.
banner

Oxşar Xəbərlər