• cümə, 29 Mart, 05:24
  • Baku Bakı 7°C

Kamran Şahsuvarlı boks üzrə dünya çempionatının bürünc medalına sahib olub

01.09.17 10:00 1253
Kamran Şahsuvarlı boks üzrə dünya çempionatının bürünc medalına sahib olub
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatının yarımfinal mərhələsinə start verilib. Bu mərhələ üzrə yarışların birinci günündə Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı rinqə çıxıb.
Azərbaycan Boks FederasiyasındanAZƏRTAC-a bildiriblər ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız finala gedən yolda qazaxıstanlı Abilxan Amankul ilə qarşılaşıb. Döyüş Şahsuvarlı üçün uğurlu alınmayıb. O, 1:4 (28:29, 29:28, 27:30, 27:30, 28:29) hesabı ilə məğlub olaraq, mundialı bürünc medalla başa vurub.
Yığmamızın digər üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinal döyüşünə sentyabrın 1-də çıxacaq. O, avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.
banner

Oxşar Xəbərlər