• cümə axşamı, 25 aprel, 15:52
  • Baku Bakı 23°C

Kamran Əliyev: "Korrupsiyada ittiham olunan şəxslərin 15 milyonluq əmlakına həbs qoyulub"

17.01.18 11:55 690
Kamran Əliyev: "Korrupsiyada ittiham olunan şəxslərin 15 milyonluq əmlakına həbs qoyulub"
Korrupsiyada ittiham olunan şəxslərin 15 milyon 381 min manat məbləğində əmlakına həbs qoyulub.

APA-nın məlumatına görə, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının və ya 33.03%-nin ödənilməsi təmin edilib, qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.
banner

Oxşar Xəbərlər