• cümə, 29 Mart, 09:48
  • Baku Bakı 5°C

Kamran Əliyev: "Bir gündə 3 azyaşlının avtomobillə vurulması ciddi məsələdir"

03.08.16 12:27 987
Kamran Əliyev: "Bir gündə 3 azyaşlının avtomobillə vurulması ciddi məsələdir"
"Avqustun 2-də respublika ərazisində gün ərzində 3 azyaşlının piyada qismində avtomobillə vurulması bizi ciddi narahat edən məsələlərdən biridir”.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
K.Əliyev bildirib ki,ötən gün ərzində Sumqayıtda saat 10:30 radələrində 9 yaşlı uşağın, Lənkəranda saat 20:40 radələrində 2 yaşlı uşağın piyada qismində vurularaq xəsarət alması və Kürdəmirdə 3 yaşlı uşağın saat 22:00 radələrində avtomobillə vurularaq həlak olması çox ciddi narahatlıq doğurur:"Biz bir daha valideynlərə müraciət edirik ki, azyaşlı uşaqları yolun kənarına təkbaşına oynamağa buraxmasınlar. Azyaşlı uşaq başa düşmür ki, buradan sürətlə avtomobil keçə bilər, qaranlıqda sürücü uşağı görməyə bilər. Yaxşı olardı ki, valideynlər bu məsələləri nəzərə alsınlar, uşaqları küçələrdə, yol kənarlarında nəzarətsiz buraxmasınlar”.
banner

Oxşar Xəbərlər