• cümə, 19 Aprel, 08:56
  • Baku Bakı 13°C

“Kamera çəkir” xəbərdarlığı olsa da, kameraları işləməyən avtobuslar

19.04.19 09:00 1458
“Kamera çəkir” xəbərdarlığı olsa da, kameraları işləməyən avtobuslar
Bu günlərdə bir məsələ ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətçi bildirir ki, aprelin 16-da səhər saatlarında 29 nömrəli avtobusda pulqabısı oğurlanıb. Şikayətçi dərhal polisə müraciət edib. Bununla yanaşı, o, dispetçerdən kamera görüntülərini istəyib ki, oğurluq edən şəxsin kimliyini aşkara çıxarsın. Amma dispetçer bildirib ki, bu kamera işlək vəziyyətdə deyil və uzun müddətdir ki, formal xarakter daşıyır. Məsələnin aktuallığını nəzərə alaraq mövzu ilə bağlı kiçik bir araşdırma apardıq. Demək olar ki, bütün avtobuslarda "kamera çəkir” xəbərdarlığına rast gəlmək olar. Əslində ictimai nəqliyyatda kameraların olması həm də sərnişinlərin təhlükəsizliyi baxımından vacibdir. Üstəlik, ictimai nəqliyyatın cibgirlərin əsas "iş yeri” olduğu da kiməsə sirr deyil. Belə olan təqdirdə, avtobuslarda kameraların olması, sərnişinləri bir qədər rahatlaşdır. Onlar hesab edirlər ki, cibgirlərin qarətinə tuş gəlsələr, kameradakı görüntü vasitəsilə polisin onları tapması asan olar. Amma kameralar işləmirsə... Görəsən avtobuslardakı bu kameralar niyə işlək vəziyyətdə deyil? Bunun məsuliyyəti kimin üzərindədir?
Məsələ ilə bağlı ilk olaraq BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevləəlaqə saxladıq. Qurumun sözçüsü bildirdi ki, məsələ araşdırılacaq: "Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müntəzəm marşrut xətti üzrə istismarda olan avtobuslarda nəqliyyat vasitəsinin daxili salonunu və xaricdən 4 bir tərəfini görməyə imkan verən kameralar olmalıdır. Eyni zamanda bu kameralar qeydə alınan görüntünü 15 gün yadda saxlayan yaddaş qurğusu ilə təchiz edilməlidir. Qeyd edim ki, bu tələbin icrası ilə bağlı BNA tərəfindən daşıyıcılara müvafiq göstərişlər verilib. Əksər avtobuslarda bu kameralar işləkdir. Amma bəzən hansısa avtobusda kamera işləmir, yaxud texniki nasazlıq yaranır. Belə hallar aşkar edildiyi zaman, daşıyıcıya xəbərdarlıq edilir. Məlum məsələ araşdırılaraq daşıyıcı şirkətə çatışmazlığın aradan qaldırılması ilə bağlı göstəriş veriləcək”.
Nəqliyyat məsələləri üzər ekspert Elməddin Muradlısöylədi ki, avtobuslarda kameraların quraşdırılması neqativ halların qarşısının alınması məqsədini daşıyır: "Bu kameralar DİN-nin rəhbərliyi və şəxsən nazir Ramil Usubovun tövsiyəsi və tapşırıqları əsasında quraşdırılıb. Avtobuslardakı kameralar xoşagəlməz halların qarşısının alınmasında müəyyən qədər öz töhfəsini verir. Bir çox cinayətlərin üstünün açılmasında və ya qarşısının alınmasında, həmçinin, avtobuslara zərər vuran, nalayiq hərəkətlər edən şəxsləri üzə çıxarmaq baxımından əhəmiyyətlidir. Amma avtobuslarda əşyaların itməsi, həmin əşyaların tapılaraq sahibinə qaytarılması bir qədər mənəvi məsələdir. Daşıyıcı şirkətlər bu məsələyə özləri maraq göstərməlidir. Çünki itirməklə oğurluq ayrı ayrıdır. Kameraların işləməməyi qanunun tələbi deyil, tövsiyədir. Bütün daşıyıcı şirkətlərə tövsiyə olunub ki, bu kameraları quraşdırsınlar. Kameraların olmamasına görə hər hansı bir məsuliyyət yoxdur. Yəni kamera olmayan avtobus sürücüsü cəzalandırıla bilməz. Fikir versəniz, görərsiniz ki, bəzi avtobuslarda ümumiyyətlə, belə kameralar yoxdur, bəzilərində isə bu kameralar formal olaraq var, yəni işlək vəziyyətdə deyil. Düşünürəm ki, bu, yaxşı hal deyil. Ona görə də, Bakı Nəqliyyat Agentliyi bu məsələyə ciddi yanaşmalıdır. Daşıyıcılar qarşısına ciddi tələb qoyulmalıdır. Çünki avtobuslarda hansısa əşyanın itməsi, tapılması, cibgirliyin qarşısının alınmasından əlavə, avtobus sürücülərinin özlərinə də bir növ nəzarət mexanizmidir. Sürücü hər hansı bir qayda pozuntusuna yol verərsə, hər hansı sərnişinə qarşı kobudluq edərsə, siqaret çəkərsə, yaxud da əksinə, sərnişinlər tərəfindən hücuma məruz qaldıqda bu kamera görüntüləri lazım olur. Yəni daşıyıcı şirkətlər özləri bu məsələdə maraqlı olmalıdırlar. Ona görə də, şirkətlər öz işlərini qaydaya salmalıdırlar. Elə şirkətlər var ki, sürücülərə deyir ki, nə qayda pozursansa, poz, mənim planımı gətirDdüşünürəm ki, kamera məsələsi həssas məqamdır. Bu mənada kameraların quraşdırılması gələcəkdə qanuni tələbə çevrilə bilər. Çünki zərurət artıq bunu tələb edir. Kameraların işlək vəziyyətdə olması mühüm məsələdir. İndiki dövrdə bu, o qədər də qlobal bir problem deyil. Kiçik bir kameranı işlək saxlamaq nə qədər çətin ola bilər ki? Sadəcə olaraq, daşıyıcı şirkət, yaxud sürücü özü bu kameranı sıradan çıxarır, onu təmir etməkdə maraqlı olmur. BNA bu məsələyə ciddi yanaşmalıdır. Kameralar avtobusda formal olaraq dayanmamalıdır. Hər kəs öz məsuliyyətini başa düşməli, dərk etməli və öz işini günün tələbləri şəklində qurmalıdır”.
Əgər kamera görüntüləri yoxdursa şikayətçi nə etməli, öz hüquqlarını necə bərpa etməlidir? Mövzu ilə bağlı hüquqşünas Ceyhun Cəfərliyə müraciət etdik: "Avtobusda və ya digər ictimai nəqliyyat növlərində oğurluq hadisəsi baş verilibsə, dərhal polisə xəbər vermək lazımdır. Polis özü həmin şəxsi axtarışa verəcək. Çünki bu məsələni araşdırmaq polisin vəzifəsidir. Cinayətin izinə düşərək lazımi əməliyyat tədbirləri həyata keçiriləcək”.
Şəbnəm
banner

Oxşar Xəbərlər