• cümə axşamı, 25 aprel, 09:32
  • Baku Bakı 14°C

“Kamaz” ilə “VAZ” toqquşub

17.10.18 09:15 819
“Kamaz” ilə “VAZ” toqquşub
Xaçmaz rayonunda yol qəzasıbaş verib. Trend-in FHN-dən aldığı məlumata əsasən, Xaçmaz rayonunda "Kamaz” markalı yük avtomobilinin "VAZ” markalı minik avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri "VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
banner

Oxşar Xəbərlər