AZE | RUS | ENG |


"KaMAZ" dayanacağa çırpılıb

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report" "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Zahid Dövlətov "KaMAZ" markalı yük maşınına idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın bir hissəsi dağılaraq istifadəyə yararsız hala düşüb.

Qəza baş verən vaxtı dayanacaqda heç kim olmayıb.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6693
GBP 1 İngilis funt sterlinqi 2.3449
TRY 1 Türk lirəsi 0.4480
KWD 1 Küveyt dinarı 5.6549
SEK 1 İsveç kronu 0.2123
EUR 1 Avro 2.0859
CHF 1 İsveçrə frankı 1.7647
USD 1 ABŞ dolları 1.7001