AZE | RUS | ENG |

Kamal Yaşar, “Yoxsa”

Kamal Yaşar, “Yoxsa”

21 ekspress sual
1.     Şərq, yoxsa Qərb? Günəşli bəşəriyyət.
2.     Teatr, yoxsa kino? Kinoteatr.
3.     Aktyor, yoxsa rejissor? Sənətkar.
4.     Dublyaj, yoxsa senari? Senaridə dubllar.
5.     Ayin, yoxsa oyun? Oyun ayini.
6.     Din, yoxsa sənət? Buna ən gözəl cavabı böyük Tarkovski vermişdi: "din və sənət bir medalyonun iki üzü kimidir, olmazsa olmaz kimi”. Ona görə da balaca Kamal sussa yaxşıdı.
7.     Məkkə, yoxsa Mədinə? Kərbəla.
8.     Füzuli, yoxsa Nəsimi? Füzuli rindü-şeydadı, Nəsimi də ki heç də.
9.     Fəülün, yoxsa məfaülün? Dəvənin harası düzdü ki?
10.  Forma, yoxsa məzmun? Məzmun həmişə var olduğuna görə forma.
11.  Məcid Məcidi, yoxsa Kşiştof  Kieslevskiy? Məcidiylə şəxsən görüşmüşəm. Kieslovskiyləsə onun ölümündən sonra tanış oldum. Ölülər daha sirli olur.
12.  Alim Qasımov, yoxsa Mohsen Namjoo? İkisi də orijinaldır. Ona görə də qalanı xatirədir.
13.  Pikkaso, yoxsa Modelyani? Modelyani. Sonda dolu gözü tapdığına görə.
14.  Caz, yoxsa muğam? Muğam. Ona görə ki, yoldur, ağrıdır, olar-olmazları var. Cazsa hələ cavandır. Müqayisədə cazı başında kepka, arxasında əzilmiş dəftər dərsdən qaçan bığ yeri yenicə tərləyən cavana oxşadıram. Özünə yığışmalıdı hələ bu avara.
15.  Mövlanə, yoxsa Şəms Təbrizi? Mövlanəni Mövlanə edən Şəmsdir, amma yenə də Mövlanə.
16.  Tərki-düyna, yoxsa əhli-dünya? Tərki-əhl.
17.  Fokus, yoxsa Film fiction? Ölməz "Fokus”a sayğılarla "Film fiction”.
18.  Mövzu, yoxsa ideya? İdeya. Ona görə ki, hədəf önəmlidir, niyyət vacibdir.
19.  Rasionalizm, yoxsa irrasionalizm?  Rasionalizm yaradıcılıqla tərs mütənasibdir. Ona görə də sehirli irrasionalizm.
20.  #həryerədəbiyyat, yoxsa #həryerkərbala? #həryerinsan Ona görə ki, Kərbəlanın qayəsi ali insan idi. Elə dolayısıyla ədəbiyyatın da.
21. Gəncə yoxsa Bakı? Nətər ki, qadanalım?

Razimə İsmayılova
Teatrşünas


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157