• cümə axşamı, 28 mart, 15:05
  • Baku Bakı 16°C

Kamal Abdulla: "Xarici görünüşünə aldanıb, verilişə aparıcı gətirmək olmaz"

06.10.17 14:20 1317
Kamal Abdulla: "Xarici görünüşünə aldanıb, verilişə aparıcı gətirmək olmaz"
"İntellekti olmayan aparıcılar ekrana çıxarılmağa davam edəcəksə, problemlər qalacaq”APA-nın məlumatına görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransdaAzərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla deyib.
O, qeyd edib ki, dilə başqa sözlərin gəlməsindən qorxmaq lazım deyil, dil özü bunu tənzimləyir: "Məsələn, multikulturalizm sözünü bu gün ucqar kənddə belə bilirlər. Bu gün televiziya rəhbərlərimiz Azərbaycan dilində səlis danışırlar, amma telekanallarımızda tez-tez "musiqilər” sözü eşidirəm. Belə söz ola bilməz, "musiqi” sözü var. Xarici görünüşünə aldanıb, verilişə aparıcı gətirmək olmaz. Digər tərəfdən, Azərbaycanda müxtəlif millətlər yaşayır. Azərbaycan xalqının gücü müxtəlif millətlərin gücündən, Azərbaycan dilinin də gözəlliyi də həmin millətlərin gözəlliyindən yaranır”.
K. Abdulla aparıcılara Azərbaycan Dillər Universitetində xarici dil öyrətməyə hazır olduqlarını bildirib: "İctimai əsaslarla aparıcılar üçün xarici dil kursları təşkil edə bilərik. Azərbaycan ədəbi dili ilə bağlı bir sıra problemlər aparıcının xarici dili bilməməsindən qaynaqlanır. Ümumiyyətlə, intellekti olmayan aparıcılar televiziyaya çıxarılmağa davam edəcəksə, problemlər qalacaq”.
banner

Oxşar Xəbərlər