• cümə axşamı, 28 mart, 17:38
  • Baku Bakı 16°C

Kamal Abdulla Polşa Xarici İşlər nazirinin müavini ilə görüşüb

17.08.17 16:05 658
Kamal Abdulla Polşa Xarici İşlər nazirinin müavini ilə görüşüb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Polşa Xarici İşlər nazirinin müavini Yan Çeçiçak, Polşanın Xarici İşlər Nazirliyinin xaricdə yaşayan polşalılarla iş üzrə Departamentinin direktoru Mateusz Stasiek, Polşa Xarici İşlər Nazirliyinin Diplomatik və mədəni tanıtım üzrə Departamentinin direktoru Andrey Fafara, Polşanın Azərbaycandakı səfirinin müvəqqqəti işlər üzrə müşaviri Andrey Jankovski, Polşa Xarici İşlər Nazirliyinin Qafqaz Birliyinin rəhbəri Piotr Konovrocki ilə görüşüb.
Qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan-Polşa əlaqələrinin sağlam təməl üzərində qurulduğunu deyən Kamal Abdulla ümid etidiyini bildirib ki, bu əlaqələr bundan sonra da ciddi və faydalı istiqamətdə inkişaf edəcək: "Bütün beynəlxalq tədbirlərdə, forumlarda Polşa Azərbaycanın haqlı mövqeyini müdafiə edib, eyni zamanda ölkəmizdə təşkil olunan beynəlxalq, nüfüzlu tədbirlərdə Polşanın təmsilçiləri aktiv şəkildə iştirak ediblər. Bunun özü Polşa-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının bariz göstəricisidir. Hər iki ölkə prezidentinin bu cür yüksək münasibətlərin qurulmasında böyük rolu var və biz sevinirik ki, Polşa kimi bir ölkə ilə münasibətlər bu gün də yüksək səviyyədədir. Bu münasibətlərin gələcəkdə daha yüksək səviyyəyə çatacağına isə heç bir şübhə ola bilməz”.
Kamal Abdulla Bakı Slavyan Universitetinin rektoru olduğu dövrdə-2009-cu ildə Polşa prezidenti olan Lex Kaçinskinin həmin universitetə gəlişini, ona universitetin fəxri doktoru diplomunu təqdim etməsini həmişə xoş təəssüratla xatıladığını söyləyib.
Rektor qeyd edib ki, Lex Kaçinskinin Polşa ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsində, Azərbaycan və polyak xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində, ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahələrində münasibətlərin genişləndirilməsində və dərinləşdirilməsində xüsusi xidmətləri olub.
Polşa mədəniyyətinin, ədəbiyyatının, dilinin Azərbaycan Dillər Universitetində təbliğ və tədris olunduğunu bildirən rektor ümid etdiyini bildirib ki, qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində bu istaqamətdə daha böyük işlər görüləcək. Kamal Abdulla Polşa universitetlərində də Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixi tədris edilməsinin, bu məqsədlə yeni mərkəzlərin açılmasının vacibliyini diqqətə çatdırıb: "Bu məsələ düşünürəm ki, həm sizin, həm də bizim marağımızda olmalıdır”.
Kamal Abdulla Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verərək Polşa Mərkəzinin yaradılması təklifini irəli sürüb: "Ümid edirəm ki, ölkənizlə universitetimiz arasında əlaqələr güclənəcək. Biz bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq”.
Yüksək qonaqpərvərliyə görə, Kamal Abudllaya öz təşəkkürünü bildirən Polşa Xarici işlər nazirinin müavini Yan Çeçiçak əlaqələrin daha yüksək səviyyədə inkişafı ilə bağlı rektorun səsləndirdiyi fikirlərlə həmrəy olduğunu bildirib. Yan Çeçiçak qeyd edib ki, universitetdə Polşa Mərkəzinin yaradılması ideyasını dəstəkləyir və bu ideyanın həyata keçməsi üçün lazım olan addımların tez bir zamanda atılmasına çalışacaq.
Görüşün sonunda qonaqlara ingilis dilinə çevrilmiş "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı hədiyyə olunub.
banner

Oxşar Xəbərlər