• cümə, 29 Mart, 06:03
  • Baku Bakı 5°C

Kaliforniya ştatının iki dairəsi ABŞ Prezidentinin administrasiyasını məhkəməyə verib

14.08.19 13:58 6739
Kaliforniya ştatının iki dairəsi ABŞ Prezidentinin administrasiyasını məhkəməyə verib
2019-cu ilin oktyabrında aşağı gəlirli və sosial təminat, ərzaq talonu, dövlət mənzili və ya Medicaid tibb proqramında iştiraka ehtiyacı olan şəxslərə müvəqqəti, yaxud daimi vizalar verilməsinin dayandırılmasına dair ABŞ Prezidenti Donald Trampın administrasiyasının yeni qaydaları qüvvəyə minəcək.
AZƏRTACABŞ KİV-nə istinadla xəbər verir ki, avqustun 13-də Kaliforniya ştatının San-Fransisko və Santa-Klara dairələri bu qanunun immiqrant icmalarına hücum olduğunu bildirərək məhkəməyə müraciət ediblər. Məlum olduğu kimi, Kaliforniya immiqrantların kompakt yaşadığı liberal ştatdır.
"Mercury News” qəzetinin məlumatına görə, San-Fransiskonun şəhər prokuroru Dennis Errera bəyan edib ki, bu qanunsuz qaydalar immiqrantları ittiham etməyin növbəti vasitəsidir və zəhmətsevər, qanuni mühacirlərin təqib olunmasını asanlaşdırmaqla bərabər, icmalarda qorxu və çaşqınlığa səbəb olur.
Santa-Klara dairəsinin vəkili Ceyms R.Uilyams isə bildirib ki, bu qaydalar immiqrant birliklərinin üzvlərinə zərər verəcək, onların səhiyyə xidmətləri və sosial müdafiə şəbəkələrindən istifadəsini çətinləşdirəcək. O, bu addımı "immiqrant icmalarına axmaq hücum” adlandırıb.
Kaliforniya ittihamçıları bəyan ediblər ki, yeni qaydalar onillik hüquqi ənənənin ləğvinə yönəlib və insanları sosial güzəştlərdən imtina etməyə məcbur edir.

banner

Oxşar Xəbərlər