AZE | RUS | ENG |

Kaliforniya ştatında bara silahlı hücum edilib

Kaliforniya ştatında bara silahlı hücum edilib
Noyabrın 7-də axşam saatlarında ABŞ-ın Tayzend-Ouks şəhərində (Kaliforniya ştatı) naməlum şəxs bara girərək oradakı insanlara atəş açıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində azı 11 nəfər yaralanıb. Həmçinin həlak olanlar barədə xəbərlər yayılsa da, onların sayı açıqlanmır. Yerli KİV-lər naməlum şəxsin minimum 30 atəş açdığını bildirirlər.

Polis insanları həmin ərazidən uzaq durmağı tövsiyə edib. Hazırda insidentin baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər işləyir. Hücum edən şəxs hadisə yerindən qaçıb, onun axtarışları davam edir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176