• cümə, 29 Mart, 15:20
  • Baku Bakı 14°C

Kaliforniya ştatında bara silahlı hücum edilib

08.11.18 15:45 654
Kaliforniya ştatında bara silahlı hücum edilib
Noyabrın 7-də axşam saatlarında ABŞ-ın Tayzend-Ouks şəhərində (Kaliforniya ştatı) naməlum şəxs bara girərək oradakı insanlara atəş açıb.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində azı 11 nəfər yaralanıb. Həmçinin həlak olanlar barədə xəbərlər yayılsa da, onların sayı açıqlanmır. Yerli KİV-lər naməlum şəxsin minimum 30 atəş açdığını bildirirlər.
Polis insanları həmin ərazidən uzaq durmağı tövsiyə edib. Hazırda insidentin baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər işləyir. Hücum edən şəxs hadisə yerindən qaçıb, onun axtarışları davam edir.
banner

Oxşar Xəbərlər