AZE | RUS | ENG |

Kaliforniya Senatında ilk dəfə Azərbaycan musiqisi təqdim olunub

Kaliforniya Senatında ilk dəfə Azərbaycan musiqisi təqdim olunub
ABŞ-ın Kaliforniya Ştat Senatının dəvətilə Azərbaycan musiqiçilərinin iştirakı ilə geniş konsert proqramı keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova, pianoçu Aida Elxanzadə və Sakramento gənclər simfonik orkestrinin skripkaçısı Lida Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri səsləndirilib.

Konsertdə Kaliforniya qanunverici orqanının təmsilçiləri, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertdən öncə çıxış edən Kaliforniya Ştat senatoru Riçard Pan qonaqları salamlayaraq, bu cür önəmli mədəniyyət tədbirinin Senatda keçirilməsindən çox məmnun olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun konsulu Orxan Rüstəmli Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra azərbaycanlı musiqiçilər M.Hüseynova, A.Elxanzadə və L.Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri təqdim olunub. Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Bu tədbir Kaliforniya Ştat Senatında Azərbaycan musiqiçilərinin iştirakı ilə keçirilən ilk konsert kimi tarixə düşüb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112