• cümə axşamı, 28 mart, 19:24
  • Baku Bakı 13°C

Kağız kitablar liderliyi əldən vermir

22.02.16 09:50 1374
Kağız kitablar liderliyi əldən vermir
Tələbələrin elektron kitablara keçməmək səbəbləri arasında “köhnə kitabların qoxusu” da var
“Ekrandakı sözlər: Dijital dünyada qiraətin taleyi” (“Words onscreen: The fate of reading in a digital world”) əsərinin müəllifi Naomi Baron və “HuffingtonPost”un ədəbi bloggerləri bütün dünyadan olan izləyicilərinin oxu vərdişləri ilə bağlı geniş bir sorğu keçirib. Sorğunun nəticələrini təhlil edən ədəbi redaktor Meddi Kram müəllif məqaləsində 92% tələbənin çap kitablara üstünlük verdiyini bildirir. “HuffingtonPost”da yer almış məqalədə bildirilir ki, tələbələr birmənalı şəkildə düşünür ki, heç bir elektron alət kitabı əvəz edə bilməyəcək. Birinci səbəb kimi onlar kitabların suya davamlı və quruduqdan sonra işəyarar olduğunu göstəriblər. Çap kitablara üstünlük verilməsinin əsas səbəblərindən biri də onun telefon, kompüter və digər elektron alətlərdən fərqli olaraq, baş və göz ağrılarına səbəb olmamasıdır. Tələbələrin “Kitabsız kitabxana təsəvvür edirsinizmi? Sizcə, belə bir mərhələ olacaqmı?” sualına cavabı “Yox” olub.
“Məktəblər çap kitablardan e-kitablara keçməlidir”lə razılaşmayanlar da 98% təşkil edib. Çap kitabına marağın səbəbləri arasında ən məşhuru isə kitabxanalardakı “köhnə kitabların qoxusu” olub.
banner

Oxşar Xəbərlər