Kadırov Salahla görüşmək üçün stadiona gəldi
Misir yığmasının
hücumçusu Məhəmməd Salah DÇ-2018-in qrup mərhələsinin ilk turunda Uruqvayla
oyuna hazır olduğunu bildirib.
Kaspi.az xəbər
verir ki, bu barədə futbolçu bazar günü Qroznıdakı açıq məşqdən sonra
jurnalistlərə açıqlama verib. Misir yığması iyunun 10-da Qroznıya gəlib və
"Axmat-Arena"da açıq məşq olub. Salah açıq məşqdə iştirak etməsə də,
meydançaya çıxıb və azarkeşləri salamlayıb.
Xatırladaq ki,
misirli forvard çempionlar Liqasının finalında "Real"la oyunda
çiynindən zədələnmişdi. Onun Uruqvayla oyunu buraxacağı ehtimal olunsa da,
görünür, futbolçu artıq özünü hazır hiss edir:
"Özümü
yaxşı hiss edirəm. Uruqvayla oyunda meydana çıxmağa köklənmişəm. Komandamızın
hara kimi gedəcəyini bilmirəm. Ancaq turnirə yaxşı hazırlaşmışıq, ümidlərimiz
böyükdür. 28 ildən sonra dünya çempionatında iştirak edəcəyik".
Salahla görüşmək
üçün Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov da stadiona gəlib.