• cümə, 29 Mart, 18:21
  • Baku Bakı 14°C

Kabildə silahlıların hücumuna məruz qalan oteldən 30 nəfər xilas edilib

21.01.18 11:15 585
Kabildə silahlıların hücumuna məruz qalan oteldən 30 nəfər xilas edilib
‪Əfqanıstanın güc strukturları Kabildə silahlıların hücum etdiyi Intercontinental Hotel mehmanxanasından 30 nəfəri xilas edə biliblər.
AZƏRTACxəbər verir ki, Tolo telekanalının yaydığı məlumata görə, mühasirəyə alınmış otel binasında silahlılarla güc strukturları arasında atışma on saata yaxındır davam edir. Hücum edənlərdən ikisi öldürülüb. Hazırda binada azı bir terrorçunun qaldığı ehtimal edilir. Oteldəki insanların heç də hamısını binadan çıxarmaq mümkün olmayıb.
Hücum nəticəsində 35 nəfərin öldüyü və yaralandığı barədə məlumatlar alınıb. Lakin bu barədə hələlik rəsmi açıqlama verilməyib. Hücumun üç, yaxud dörd terrorçu-kamikadze tərəfindən həyata keçirildiyi bildirilir.
banner

Oxşar Xəbərlər