• cümə, 19 Aprel, 16:05
  • Baku Bakı 25°C

Kabildə mehmanxanaya hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

21.01.18 15:45 513
Kabildə mehmanxanaya hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb
Kabildə "Intercontinental Hotel” mehmanxanasına hücum nəticəsində həyatını itirən mülki şəxslərin sayı 12 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə "Pajvak" agentliyi məlumat yayıb.

Hazırda yanğınsöndürənlər mehmanxananın bir qismini əhatə edən yanğının söndürülməsinə cəlb edilib.

Bundan əvvəl mehmanxanaya hücum nəticəsində 5 nəfərin öldüyü, 6 nəfərinyaralandığı açıqlanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda 41 əcnəbi olmaqla, mehmanxanadakı 126 qonağın və mehmanxana əməkdaşlarının azad edildiyini bildirilib.

Qeyd edək ki, şənbə günü axşam bir qrup silahlı "Intercontinental Hotel” mehmanxanasına hücum edib. "Intercontinental Hotel” bundan əvvəl 2011-ci ilin iy ununda hücuma məruz qalıb, 12 nəfər ölüb.
banner

Oxşar Xəbərlər