• şənbə, 27 Aprel, 01:46
  • Baku Bakı 14°C

Kabil: Novruz şənliyi faciəyə çevrildi

21.03.18 14:08 312
Kabil: Novruz şənliyi faciəyə çevrildi
Kabildə Novruz bayramını qeyd edən insanlara hücum nəticəsində azı 26 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nusra Rahimi bildirib.
Partlayış martın 21-də Kabil Universitetinin yaxınlığında, Novruz bayramı şənliyi zamanı baş verib. İlkin məlumata əsasən, partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.
banner

Oxşar Xəbərlər