• cümə axşamı, 28 mart, 21:17
  • Baku Bakı 13°C

Jurnalistlərin VI Qurultayının iştirakçıları Azərbaycan prezidentinə məktub ünvanlayıblar

11.07.13 11:36 1503
Jurnalistlərin VI Qurultayının iştirakçıları Azərbaycan prezidentinə məktub ünvanlayıblar
APA-nın xəbərinə görə, məktubu Azərbaycan jurnalistlərinin VI qurultayında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli oxuyub.
Məktubda deyilir ki, Azərbaycanda mediaya göstərilən böyük diqqət və qayğı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çoxşaxəli siyasi kursun mühüm tərkib hissəsi kimi jurnalist ictimaiyyəti tərəfindən dərin rəğbət hissi ilə qarşılanmaqdadır: “Kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müstəqilliklərinin genişləndirilməsinə, onların ictimai həyatın müxtəlif sahələrinə dair təşəbbüslərinin dəstəklənməsinə, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılmasına və sair bu kimi vəzifələrin gerçəkləşməsinə yönələn tədbirlər etibarlı media mühitinə sahib olduğumuzu təsdiqləyir. Bu gün Azərbaycanda dinamik sahə olan media ilə bağlı mühüm konfrans və seminarların düzənlənməsi ölkəmizin beynəlxalq imicinin də yüksəlməsinə xidmət edir. Jurnalistlər özlərinin fikir və düşüncələrini sərbəst şəkildə bölüşür, arzu və istəklərini ifadə edən təşəbbüslər irəli sürürlər. Media ilə hakimiyyət arasında mövcud dialoq mühitinin formalaşması Sizin mediaya həssas münasibətinizdən qaynaqlanır. Bu həssaslığın növbəti nümunəsinin ağır xəstəliyə düçar olmuş həmkarımız Nicat Dağlara şamil olunmasına dair aldığımız xəbər bizləri ürəkdən sevindirdi”.
Məktubda həmçinin qeyd olunur ki, Azərbaycan jurnalistlərinin VI qurultayına prezidentin ünvanladığı təbrik məktubunda ifadəsini tapan istiqamətlərin hər biri jurnalistlər üçün böyük etimad nümunəsidir: “Sizə bir daha Azərbaycan jurnalistlərinin ali məclisinin timsalında ümumilikdə ölkə jurnalistikasına həssas yanaşdığınıza görə dərin təşəkkürümüzü bildirir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaq bilməyən fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq”.
banner

Oxşar Xəbərlər