• çərşənbə axşamı, 16 aprel, 16:15
  • Baku Bakı 19°C

Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirildi

25.05.17 13:30 1025
Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirildi
Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirilib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, texniki işçilər dedikdə, yaradıcılıq prosesində iştirak etməyən, KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələr və sair nəzərdə tutulur:"Yəni bütün KİV-lərdə sözügedən vəzifələri tutan şəxslər jurnalistlər üçün inşa edilmiş binadan ev almağa namizəd ola bilməzlər. Digər işçilər, o cümlədən KİV-lərdə texniki yaradıcılıq prosesində iştirak edən əməkdaşların namizədlikləri də qoyulan şərtlərə uyğun olaraq işlədikləri qurumlar tərəfindən irəli sürülə bilər".
banner

Oxşar Xəbərlər