• şənbə, 20 Aprel, 08:41
  • Baku Bakı 14°C

Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

03.05.16 20:15 1041
Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə mayın 3-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTACxəbər verir ki, tədbir Ulu Öndərin mənalı həyat yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov böyük siyasətçi, dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu hər bir insan üçün əsl nümunədir.
Ümummilli Liderin Azərbaycan Milli Ordusunun formalaşmasında böyük xidmətlərindən söz açan Əflatun Amaşov Heydər Əliyevin siyasi kursunun bütün sahələrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Ahıl Jurnalistlər Birliyinin sədri Yusif Kərimov Ulu Öndərin Azərbaycan jurnalistikasına olan xüsusi diqqət və qayğısından danışaraq onunla bağlı xatirələrini bölüşüb.
Digər çıxışçılar da Ümummilli Liderin həyat yolundan söz açıb, onun Azərbaycan mətbuatına olan böyük ehtiramından danışıblar. Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu öndər Heydər Əliyevin milli mətbuata qayğısı nəticəsində azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Ulu Öndərin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Odur ki, ümummilli lider Heydər Əliyevin "Jurnalistlərin dostu” adını qazanması təsadüfi deyil.

banner

Oxşar Xəbərlər