• şənbə, 20 Aprel, 11:56
  • Baku Bakı 14°C

Jurnalistlər üçün yeni binanın tikintisinə 5 milyon manat ayrılıb

19.07.17 18:03 1098
Jurnalistlər üçün yeni binanın tikintisinə 5 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham Əliyevkütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqındasərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər