• şənbə, 20 Aprel, 08:08
  • Baku Bakı 14°C

Jurnalistlər üçün press-tur keçirilib

23.07.14 13:28 1199
Jurnalistlər üçün press-tur keçirilib
“AtaBank” ASC tərəfindən jurnalistlərə press-tur keçirilib. Tədbirdə “AtaHolding” ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova “AtaBank” ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində Korporativ Sosial Məsuliyyət sahəsində görülən işlər haqqında geniş məlumat verib. “AtaBank” ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində KSM sahəsində keçirilən tədbirlərdən video süjetlər nümayiş edilib. Qeyd edilib ki, təkcə “AtaBank” ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində KSM sahəsində 15-ə yaxın tədbir keçirilib.
“Ata Bank” ASC-nin İdarə Heyətinin Üzvü və İcraçı Direktoru Elnur Osmanov KIV nümayəndələrini qarşıdan gələn 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik edərək, onların bankın xidmətləri və yenilikləri barədə məlumatları ictimaiyyətin nəzərinə çatdırılmasında əvəzsiz rolunu qeyd edib. Deyib ki, “Ata Bank” ASC gələcəkdə də jurnalistlərlə əlamətdar tarixləri qeyd edərək qeyri rəsmi görüşlər təşkil edəcək və yeni və müasir bank məhsulları haqda dolğun məlumatın əhalinin nəzərinə çatdırması və müştərilərin maliyyə biliklərinin artırılması məqsədi ilə əməkdaşlığı gücləndirəcək.
Tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.
Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər