• cümə, 19 Aprel, 16:19
  • Baku Bakı 25°C

Jurnalistlər üçün onlayn formatda təşkil olunan təlimlər yekunlaşıb

16.09.20 17:12 587
Jurnalistlər üçün onlayn formatda təşkil olunan təlimlər yekunlaşıb
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlərə yekun vurulub.

"Jurnalistikada saxta xəbər problemi: "fake news” və "deep fake”” mövzusuna həsr olunmuş dördüncü onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – "TRT”, "Kanal D”, "Star TV” televiziya kanalları, habelə bir sıra qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik jurnalist Bora Balar tərəfindən təqdim olunub.

Təlimdə müasir jurnalistikada saxta xəbər problemindən bəhs olunmuş, "fake news” və "deep fake” xəbərlərini müəyyən etməyin metodları barədə məlumat verilib, xəbər emalı zamanı diqqət tələb edən məqamlara aydınlıq gətirilib. Daha sonra adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, buna qədər media nümayəndələri üçün "Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”, "Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlılığının artırılması” və "Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası” mövzularında təlimlər təşkil olunub.

Ümumilikdə, KİVDF tərəfindən hər birində 25 nəfər olmaqda 4 təlim keçirilib. Təlimlərdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən jurnalistlər iştirak edib. Respublikanın regionlarında fəaliyyət göstərən media nümayəndələri də təşkil olunan təlimlərdə xüsusi fəallıqları ilə seçiliblər.

banner

Oxşar Xəbərlər