Jurnalistlər üçün növbəti təlim keçirilir - Fotolar
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi
Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində
Şabran rayonundakı Qalaaltı sanatoriyasında jurnalistlər üçün növbəti təlim
kursları təşkil olunub. 9-10 fevral tarixini əhatə edən təlimin birinci günündə"GİZ”-in əməkdaşı Şakir Səfərbəyov açılış nitqi ilə çıxış edib, kursun məqsədi,
gözlənilən nəticələr və metodologiya ilə bağlı fikirlərini bildirib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə
Komitəsinin sədri, vəkil Sahib Məmmədov "Əlilliyi olan şəxslərin hüquqları:
Qanunvericilik və onun tətbiqi” mövzusunda ətraflı məlumat verib. Təlimçi gün ərzində
əlillik, beynəlxalq və milli normalarda əks olunan anlayışlar, əlilliyin dərki,
etiket və davranış qaydaları, əlilliyi olan şəxslərin hüquqları haqqında BMT
Konvensiyası və milli qanunvericilik, əlilliyi olan şəxslərin əmək bazarına
çıxışı və məşğulluqlarının təmin olunması istiqamətində məlumatları diqqətə
çatdırıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə jurnalistləri
maraqlandıran suallar da ətraflı cavablandırılıb. Günün sonunda təlim
iştirakçıları əlilliyi olan şəxslər, o cümlədən əlilliyi olan uşaqlar
mövzusunda kiçik esselər hazırlayıb və təqdim ediblər. Bununla da təlimin
birinci günü başa çatıb.
Təlimin ikinci günündə vəkil S.Məmmədov əlilliyi
olan şəxslərin fundamental və sosial hüquqlarının təminatı, müəssərlik və əlverişli
mühit barədə media mənsublarına ətraflı məlumat veriləcək. Eyni zamanda təlimin
mövzusuna aid sənədli film nümayiş olunacaq.
Alpər TURAN