• cümə axşamı, 25 aprel, 09:25
  • Baku Bakı 14°C

Jurnalistlər “TİR”də yarışacaqlar

01.05.14 13:32 2547
Jurnalistlər “TİR”də yarışacaqlar
Mayın 3-də saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş atıcılıq turniri keçiriləcək. Turnir “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında start götürəcək.
Yarışa qoşulan KİV nümayəndələri “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialına Xidmətin Aparatından (Zərifə Əliyeva prospekti 30) ayrılmış avtobuslarla aparılacaqlar. Turnirdə iştirak edən komandalar püşkatma nəticəsində formalaşmış qruplarda yarışacaqlar. Belə ki, I qrupda Trend BİA, Müstəqil İA, QHT xəbər, II qrupda Lider TV, “Palitra” və “Reytinq” qəzetləri, III qrupda Publika.az, “Olimpə doğru” jurnalı, “Kaspi” qəzeti, IV qrupda “Olaylar”, “Xalq Cəbhəsi” qəzetləri, AzərTAc, V qrupda Oxu.az, Axar.az, “Olimpiya dünyası” və “Mövqe” qəzetləri, VI qrupda Vision TV, APA, İnterpress.az yarışacaq.
Xatırladaq ki, iştirakçılardan mayın 3-ü səhər saat 09.00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının qarşısında olmaq xahiş olunur. “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialına birbaşa getmək istəyənlər Sabunçu rayonu, Mahir Əmirov küçəsi, 25 ünvanına gəlməlidirlər.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər