• cümə, 19 Aprel, 19:13
  • Baku Bakı 24°C

Jurnalistlər mətbuat katiblərini, mətbuat katibləri jurnalistləri seçdi - Fotolar

20.07.16 18:44 2289
Jurnalistlər mətbuat katiblərini, mətbuat katibləri jurnalistləri seçdi - Fotolar
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi və "ACT Azərbaycan” araşdırma şirkətinin birgə keçirdiyi "Mətbuata xidmət edənlər” layihəsinin sorğu nəticələri ictimaiyyətə açıqlandı. Sorgu nəticəsində ölkənin ən çox seçilən jurnalistləri və mətbuat katibləri müəyyən oldu. Layihəyə əsasən müxtəlif qurumların mətbuat katibləri sorğuda iştirak edərək 5 kateqoriya üzrə (iqtisadiyyat, siyasət, sosial, mədəniyyət və idman jurnalistikası) fəaliyyətini bəyəndikləri jurnalistləri müəyyən ediblər.
Ölkənin fərqli media qurumlarında çalışan jurnalistlər isə öz növbələrində 2 sahə üzrə (dövlət strukturu və biznes strukturu) aktiv hesab etdiyi mətbuat katiblərini seçiblər. Sorğuda iştirak edən 70 mətbuat katibinin fikrincə seçilən 5 jurnalist - İqtisadiyyat sahəsi üzrə Fins.az saytının rəhbəri Əli Əhmədov, Siyasət jurnalistikası üzrə "Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy, Sosial sahə üzrə Modern.az saytının əməkdaşı Gülşən Raufqızı, İdman jurnalistikası üzrə ATV kanalının aparıcısı Sənan Şəfizadə, Mədəniyyət səhəsi üzrə APA-nın əməkdaşı Ülkər Qasımova mükafata layiq görülüblər.
Media ilə əlaqələrin qurulmasında ən məhsuldar çalışan mətbuat katibləri isə 100 jurnalist arasında keçirilmiş anket sorğusu əasında müəyyənləşdirilib. Sorğuda iştirak edən jurnalistlər dövlət sektoru üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovaya daha çox səs veriblər. Özəl sektorda isə "Bakcell” şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova qalib olub.
AJN-nin sədri Ayaz Mirzəyev layihənin əsas məqsədinin 22 iyul Milli Mətbuat Günü ərəfəsində il ərzində mediada fəaliyyəti ilə fərqlənmiş ən yaxşı mətbuat katibləri və jurnalistlərin adlarını müəyyənləşdirməkdən ibarət olduğunu bildirib. Qeyd edilib ki, layihə jurnalist Gülşanə Mustafayevanın ideya müəllifliyi və təşəbbüsü əsasında ötən il həyata keçirilən "Mənim mətbuat katibim” layihəsinin davamıdır: "Azərbaycanda ilk dəfədir ki, peşəkar araşdırma şirkəti tərəfindən ilin jurnalistləri və mətbuat katibləri seçilir. Bu dəfə layihə daha da genişləndirilərək maraqlı tərəfləri bir araya gətirib, daha çox jurnalisti və mətbuat katibini əhatə etməyə hesablanıb”.

banner

Oxşar Xəbərlər