• cümə, 26 Aprel, 09:30
  • Baku Bakı 12°C

“Jurnalistlər binası”nın qarşısında keçirilən ağacəkmə aksiyası zamanı 300 ağac əkilib

14.04.19 15:08 590
“Jurnalistlər binası”nın qarşısında keçirilən ağacəkmə aksiyası zamanı 300 ağac əkilib
"Bu yaz özün bir təbiət yarat” devizi ilə keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiya aprelin 14-də "Jurnalistlər binası”nın qarşısındakı ərazidə təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, aksiya zamanı nazirliyin tinglik sahələrində yetişdirilən müxtəlif cinsli 300 meyvə və şam ağacı əkilib.
Ağacəkmədə jurnalistlərlə yanaşı, nazirliyin əməkdaşları da iştirak ediblər.
Xatırladaq ki, kütləvi informasiya vasitələri nümayəndələrinin təşəbbüsü ilə payızda keçirilmiş aksiya çərçivəsində həmin ərazidə 200-dən çox ağac əkilmişdi.
banner

Oxşar Xəbərlər