• cümə, 29 Mart, 18:41
  • Baku Bakı 14°C

Jurnalistlər arasında tennis yarışı keçirilib

27.06.14 16:44 1111
Jurnalistlər arasında tennis yarışı keçirilib
“Excelsior Hotel and Spa Baku” otelinin tennis kortunda jurnalistlər arasında böyük tennis yarışı keçirilib. Qaliblərə “AtaSığorta” ASC-dən səyahət sığortası, “AtaBank” ASC-dən hədiyyələr təqdim edilib. Yarış “Aura” sağlamlıq mərkəzinin bu idman növü üzrə məşqçisi Tahir Namazovun hakimliyi ilə keçirilib.
Otelin Marketinq və Satış Departamentinin direktoru Damla Bayık bildirib ki, Aura sağlamlıq mərkəzinin kortunda böyük tennislə peşəkarcasına məşğul olmaq üçün hər cür şərait var. Ən yaxşı idman növlərindən biri sayılan böyük tennis insanın müxtəlif orqanizm sistemlərinə müsbət təsir göstərməklə, həm də müsbət emosiyalar verir. Abonement əldə edən qonaqlar böyük tennislə, stolüstü tennislə, kallanetika, pilates, aerobika, boks və yoqa dərsləri ilə peşəkar trenerlərlə məşğul ola bilərlər. “Aura” sağlamlıq mərkəzinin trenajor zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardio trenajorlar quraşdırılıb. Qonaqlar kardio zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa və pulsuz internetə qoşula bilirlər. Ətraflı məlumat üçün “Excelsior Hotel & Spa Baku”-nun 496-80-00 telefon nömrəsi ilə əlaqə saxlamq mümkündür.
banner

Oxşar Xəbərlər