AZE | RUS | ENG |

Jurnalistlər aksiya iştirakçısını çevrilməməlidir

Jurnalistlər aksiya iştirakçısını çevrilməməlidir
Dünya Miyatoviç: “Jurnalistlərin vəzifəsi özlərini media nümayəndəsi kimi təqdim etməkdir, tədbirin iştirakçısına çevrilmək deyil”


“ATƏT-ə üzv olan bir çox ölkələrdə bu mövzuda tədbirlər keçirilir. İstənilən tədbir zamanı polislər və jurnalistlərin yüksək səviyyədə əməkdaşlığı olmalıdır”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç “İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” mövzusunda seminarda bildirib.

O qeyd edib ki, belə seminarların keçirilməsi Azərbaycan tərəfinin istəyi ilə həyata keçirilir: “Belə tədbirlərin davamlı olması vacibdir. ATƏT-in media azadlığı üzrə nümayəndəliyi tövsiyələr gözləyir. Bu həmçinin bir praktiki mərhələdir, çünki jurnalistlərin qarşılaşdığı problemlər müxtəlif ola bilər. Heç bir ölkə problemlərdən sığortalanmayıb, biz problemləri araşdırmalıyıq. Məlumat mənbələrinə çıxış əldə etmək üçün çalışmalıyıq ki, jurnalistlər öz fəaliyyəti ilə məşğul olarkən problemlərdən uzaq olsunlar. Elə bir şərait yaratmalıyıq ki, jurnalistlərin məlumatı azad əldə etməsi üçün şərait yaransın. Jurnalistlərin vəzifəsi isə ondan ibarətdir ki, özlərini media nümayəndəsi kimi təqdim etsinlər, keçirilən tədbirin iştirakçısına çevrilməsinlər”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2346
TRY 1 Türk lirəsi 0.2937
KWD 1 Küveyt dinarı 5.6076
SEK 1 İsveç kronu 0.1898
EUR 1 Avro 1.9673
CHF 1 İsveçrə frankı 1.7193
USD 1 ABŞ dolları 1.7000