• çərşənbə axşamı, 23 aprel, 19:07
  • Baku Bakı 20°C

Jurnalistin konsulluğa daxil olarkən çəkilən fotosu dərc edilib

09.10.18 14:08 361
Jurnalistin konsulluğa daxil olarkən çəkilən fotosu dərc edilib
"Washington Post” qəzeti itkin düşən jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğuna daxil olan zaman çəkilən fotosunu dərc edib.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, foto bir həftə əvvəl - oktyabrın 2-də saat 13:14-də diplomatik missiyanın qarşısındakı müşahidə kamerası vasitəsilə çəkilib.
Bu, jurnalistin itkin düşməzdən öncə dərc edilən son fotosudur. Onun Səudiyyə Ərəbistanının konsulluq binasını tərk etməsi faktını təsdiqləyən çəkiliş isə hələ ki, yoxdur.
Bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Səudiyyə Ərəbistanı jurnalistin konsulluq binasını tərk etməsini kameralarla çəkilən şəkillər vasitəsilə sübut etməlidir. Onun sözlərinə görə, Türkiyə hökuməti və dövlət qurumları məsələ ilə bağlı təhqiqata başlayıb. Ankara təhqiqat çərçivəsində konsulluqda axtarış aparmaq üçün Ər-Riyaddan icazə istəyib.
banner

Oxşar Xəbərlər