• cümə axşamı, 28 mart, 13:47
  • Baku Bakı 16°C

Jurnalistin atasının ölümünə səbəb olan sürücüyə hökm oxunub

25.12.17 14:00 745
Jurnalistin atasının ölümünə səbəb olan sürücüyə hökm oxunub
Bu gün Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Seymur Qarayev 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.S.Qarayev cəzasınıməntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Yol qəzasında ölən Əli Əliyevin oğlu, jurnalist İmdad Əlizadənin 166 min manatlıq mülki iddiası qismən təmin edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsdən maddi ziyana görə 20 min manat, mənəvi zərərə görə isə 3 min manat tutularaq yol qəzasında ölən Əli Əliyevin ailəsinə verilməlidir.
İmdad Əlizadə məhkəmənin hökmü ilə razı olmadığını və apellyasiya şikayəti verəcəyini bildirib.
Xatırladaq ki, ötən prosesdə prokuror çıxış edərək S. Qarayevin 3 il sürücülükdən məhrum olunmaqla, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs-qətimkan tədbirinin seçilməsini, zərərçəkmiş şəxslərin mülki iddiasının təmin olunmasını istəyib.
Prokuror həmçinin Seymur Qarayevin cəzasının ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsini istəyib.
Qeyd edək ki, "AzərbaycanHavaYolları" QSC-nin (AZAL) əməkdaşı S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
2016-cı il fevralın 14-də baş vermiş qəzada xəsarət alan Əli Əliyev 504 gün komada qalıb, bu il iyulun 2-də dünyasını dəyişib.
banner

Oxşar Xəbərlər